Suraxanıda zavodun ərazisində yanğın baş verib - VİDEO

14:45 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.